Ölkə 17:34 01.10.2020

Şəmistan Əlizamanlı: "TV-dən bununla bağlı təklif aldım..."

"Bu günlər xalqımız bir yumruq kimi birləşib”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycanın tanınmış hərbi diktoru Şəmistan Əlizamanlı deyib. Onun sözlərinə görə, döyüş zonasında böyük əhval-ruhiyyə var:
 
"Ordumuzun da əhvalı yüksəkdir. Xalqımız bir yumruq kimi birləşib. Hamı döyüşə getmək istəyir. Döyüş zonasında əhval-ruhiyyə önəmlidir. Ordumuz qarşısına qoyduğu vəzifələri yerinə yetirir, qələbə bizimlədir”.

Şəmistan Əlizamanlı qeyd edib ki, AzTV-də "Cəbhə xəbərləri” adlı verilişin aparıcısı olacaq:

"Veriliş 22:30-da efirdə olacaq. Televiziyadan bununla bağlı təklif aldım və qəbul etdim”.

Bahar Rüstəmli