Xəbər lenti

Şəmkirlilər Sankt-Peterburqun meyvə bazarını necə ələ keçirdi
Ölkə 22:32 24.09.2018

Şəmkirlilər Sankt-Peterburqun meyvə bazarını necə ələ keçirdi

Rusiyanın Sankt-Peterburq şəhərinin meyvə-tərəvəz təchizatı ilə məşğul olan şirkətlərin yarıdan çoxu bir vaxtlar Azərbaycandan "şimal paytaxtı”na üz tutanlara məxsusdur. Virtualaz.org "Fontanka” nəşrinə istinadən xəbər verir ki, azərbaycanlılar meyvə idxal edən kiçik şirklətlərin 90%-dən çoxuna nəzarət edirlər.

Mənbə əlavə edir ki, bu işin ən maraqlı tərəfi həmin azərbaycanlıların hamısının Şəmkir rayonundan olmasıdır. Məsələn, "Ruzifrut” və "Aybarus” şirkətlərinin sahibləri Elbrus Məmmədov və Elçin Əhmədov Azərbaycanın şimal-qərbində yerləşən bu rayondandırlar.

"Əhməd Frut” şirkətinin sahibləri Aydın Musayev və İlham Hacıyev isə Şəmkir rayonunun Şiştəpə kəndindəndirlər. Yeri gəlmişkən, həmin ikili iqtidadiyyatın digər sahələrində də fəaldır: bu yaxınlara qədər "Dunay” və "Parnas-Siti” ticarət mərkəzləri onlara məxsus idi.

Hazırda bu aktivlərdən "Əhmıd Frut”la rəsmi olaraq yalnız "Parnas-siti” TM bağlıdır. Bina Hacıyevin həmtəsisçisi olduğu "Sidney” MMC-nin adına qeydiyyatdan keçib. Bu şirkət Peterburq hakimiyyəti ilə şəhərin şimalında dəyəri 1 milyard rubl olan avtovağzal tikintisi ilə əlaqədar saziş bağlayıb, lakin öhdəliklərin yerinə yetirilməsi yubadılır.

Nəşr vurğulayır ki, faktiki olaraq Azərbaycanın bir kəndinin yetirmələri Sankt-Peterburqun çoxmilyardlıq meyvə-tərəvəz idxalı bazarının 30%-nə nəzarət edirlər.

Bildirildiyinə görə, Rusiyanın Avropa hissəsinə meyvə-tərəvəzin böyük hissəsi Türkiyədən, Misirdən, Mərakeşdən, Pakistandan və Latın Amerikası ölkələrindən idxal edilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->