Xəbər lenti

Siyasət 11:05 03.05.2021

Sergey Lavrov bölgəyə niyə gəlir?.. (TƏHLİL)

Maraqlıdır, görəsən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda regional məsələləri və Dağlıq Qarabağ problemini kiminlə müzakirə etməyi düşünür?

Bəlkə Ermənistanın seçki ərəfəsində olmasına rəğmən, Moskvada hesab edirlər ki, bu ölkədə hakimiyyət məsələsi artıq həll olunub?

Əlbəttə, Lavrov prezident Armen Sarkisyanla da danışa, müzakirə aça bilər, amma bu adam prezidentdən daha çox "toy generalı”na bənzəyir.

Amma bütün bunlara baxmayaraq, bir çox təhlilçilər Lavrovun iki səfəri arasındakı təxminən altı günlük fasiləni əsas götürürək belə hesab edirlər ki, Rusiya nazirin səfəri zamanı ciddi müzakirələr aparmağı düşünür.

Biz də inkar etmirik ki, ölkələr arasında elə problemlər var, onları onlayn rejimdə yox, necə deyərlər, tet-a-tet müzakirə etmək lazımdır. 

Burada dərhal qeyd edək ki, məsələn, Azərbaycanın Avrasiya Birliyinə üzv olacağı haqqında şaiyələr bitib-tükənmir. 

Etiraf edək ki, Bakının özündə buna təsdiq ola biləcək hər hansı bir əlamət-işarə yoxdur. Amma Qarabağ problemi daim Rusiyanın inteqrativ layihələrilə əlaqələndirilib, bağlanıb. İndi də bu, müşahidə olunur, hərçənd, Azərbaycan özünün hərbi uğurlarını öz ordusunun sayəsində və qardaş Türkiyənin diplomatik və siyasi dəstəyi nəticəsində qazanıb.   

Rusiyaya gəldikdə isə, necə deyərlər, o da öz payını götürdü – belə ki, münaqişə zonasında özünün sülhməramlılarını yerləşdirdi. Amma ən müxtəlif erməni mənbələri Bakının guya Avrasiya İqtisadi Birliyinə üzv olmaq sahəsindəki cəhdlərindən bəhs edir və yalanlar uydururlar ki, guya Azərbaycanın yaxınlarda Birliyin iclasında iştirak etmək cəhdinin qarşısını İrəvan alıb...

Qeyd edək ki, bölgədə kommunikasiyaların bərpası və yenidən qurulması Avrasiya Birliyi üçün də yeni üfüqlər vəd edir, amma demək ki, Bakının bu təşklata üzv olacağına dəlalət edəcək arqumentlər var – bu, əlbəttə ki, düzgün olmazdı.

Bəs onda Sergey Lavrovun bölgəyə mayın birinci yarısında baş tutacaq səfərləri nə ilə əlamətdar ola bilər? Əlbəttə, çoxlu sayda problem var ki, onlar özlərinin həllini və yaxud müzakirəsini gözləyir.

Birincisi, Bakı hələ "İsgəndər – M” raketlərilə bağlı sorğusuna Moskvadan birmənalı və avtoritetli cavab almayıbdır, hərçənd, bununla bağlı bütün dəlillər Rusiyaya təqdim olunub. 

Bizim fikrimizcə, güman ki, Rusiyanın güc strukturları da bundan xəbərdar olub, çünki söhbət hər hansı avtomatlardan və yaxud da zirehli geyimlərdən yox, yaxın mənzilli ballistik raketlərdən gedir. Əgər Rusiyada belə bir bespredel hökm sürürsə, o, halda həmin raketlər və bundan da daha pisləri digər terroristlərin də əlinə keçə bilər, çünki belə silah qaçaqmalçılığı ilə bağlı fikirlər başqa düşüncələrə yer qoymur.

İkincisi, mina xəritələri ilə bağlı məsələ də hələ öz həllini gözləyir. Məlum olduğu kimi, İrəvan onları Bakıya vermir. Qeyd edək ki, təkcə son aylarda 122 azərbaycanlıya bu minaların partlamasından xətər dəyib və onlardan 22-si həyatını itirib.

Məsələ ilə bağlı Bakı çox ünvanlara müraciət edib, o cümlədən də Moskvaya. Amma hələ ki bir dəyişiklik yoxdur. Düşünürük ki, məsələ Lavrovla da müzakirə oluna bilər, çünki Kremlin İrəvana təzyiq imkanı böyükdür.

Tez-tez belə fikirlər səslənir ki, digər iki Minsk Qrupu həmsədri – Vaşinqton və Paris Moskvanın sülhyaratmaq missiyasından elə də razı deyillər. Amma burada bir detalı qeyd edərdik. Nikol Paşinyan və onun tərəfdarları belə güman edirdilər ki, "inqilab”larına görə onlara Qərbin dividendləri və bonusları olacaq. 

Amma olmadı. Erməni diasporunun əldən-ayaqdan getməsinə baxmayaraq, ABŞ-da olarkən Pasinyanı təkcə Kaliforniya ştatının merinin müavini qəbul etmişdi. 

Səbəb də aydın idi: Avropa ölkələri və ABŞ Paşinyandan sülhpərvər təşəbbüslər gözləyirdi, amma o, bunun əvəzində yeni müharibədən və işğal olunacaq yeni ərazilərdən danışmağa başladı.

Odur, düşünmürük ki, ABŞ və ya Avropa prosesi geri qaytarmaq haqqında fikirləşsin– yox, onlar da Paşinyan haqqında yalnız Noyabr və Yanvar razılaşmalarından sonra ciddi maraqlanmağa başladılar. 

Üstəlik, özləri də daim deyirdi ki, Dağlıq Qarabağdakı status-kvo dəyişilməlidir. Bu işi Azərbaycan öz gücü ilə etdi – bəli, öz gücü ilə öz torpaqlarını işğaldan azad etdi.
 
Sergey Lavrov bölgəyə niyə gəlir?..

Hüseynbala Səlimov 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->