Səs-küylü cinayətlərin məşhur müstəntiqi indi hakim işləyir

Səs-küylü cinayətlərin məşhur müstəntiqi indi hakim işləyir

Azərbaycanda bir çox səs-küylü cinayət işlərinin istintaqına rəhbərlik etmiş məşhur müstəntiq Tahir Kazımov hazırda Ali Məhkəmədə hakim işləyir

Modern.az-ın məlumatına görə, Tahir Kazımov 90-cı və 2000-ci illərdə "OMON hadisələri”, "Oktyabr hadisləri” kimi tarixə düşmüş böyük səs-küylü işlərdə istintaq qrupunun rəhbəri olub. O, vaxtilə həbs olunmuş müxalifət nümayəndələrinin istintaqında aparıcı fiqur olub. 

Tahir Kazımov 1957-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1976-81-ci illərdə ADU-nin Hüquq fakultəsində təhsil alıb. 1981-93-cü illərdə Gəncə şəhərində müstəntiq, prokuror köməkçisi işləyib. Sonra iş yerini paytaxta dəyişən Kazımov əvvəlcə Bakı şəhər prokurorluğunda, ardınca Respublika Prokurorluğunda çalışıb.

T.Kazımov 2000-2005-ci illrəd Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi vəzifəsində çalışıb.

2005-ci ildə Baş Prokurorluqdakı vəzifəsindən azad edilən Tahir Kazımov düz 10 il sərəncamda qalıb.

Yalnız 10 ildən sonra, 2015-ci ildə Ali Məhkə Aparatının "Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsi”nin müdiri vəzifəsinə təyinat ala bilib. İki il bu vəzifədə işlədikdən sonra, 2017-ci il 30 iyun tarixindən Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. Ədliyyə general-mayoru T.Kazımov hazırda da Ali Məhkəmədə hakim kimi çalışır.

 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR