Dünya 16:03 31.01.2019

Səudiyyə büdcəsinə 106 milyard dollar daxil olub

Səudiyyə Ərəbistanında 15 ay davam edən korrupsiya əməliyyatının nəticəsi açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu dövrdə Korrupsiya ilə Mübarizə Komissiyasına 381 nəfər şahid ifadəsi verib. İttihamları qəbul edən 87 nəfərlə razılaşma əldə edilib. Razılaşmadan imtina edən 56 nəfər barədə məhkəmə prosesinə start verilib. Bu dövrdə korrupsiyada adı çəkilən şəxslərdən ümumilikdə 106,6 milyard dollar vəsait toplanaraq dövlət büdcəsinə daxil edilib.

Gülşən