Səudiyyədən qadınlarla bağlı inanılmaz yenilik

Səudiyyədən qadınlarla bağlı inanılmaz yenilik

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri qadınlardan ibarət birlik yaratdı.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, səudiyyəli qadınlara 2019-cu ilin oktyabrından etibarən quru qoşunları, hava qüvvələri, donanma, hava hücumundan müdafiə qüvvələri, tibb xidməti və strateji raket qüvvələri qoşunlarında çavuş və kiçik çavuş rütbələri ilə qatılmalarına icazə verilib.

Qeyd edək ki, son illərdə Səudiyyə Ərəbistanında qadınların cəmiyyətdə rolunun artırılması üçün mühüm addımlar atılıb. Belə ki, bu vaxta qədər qadınların avtomobil idarə etmək, idman yarışlarında iştirak, polis xidmətlərində işə düzəlmək və tək xaricə getmələrinə icazə verilib. Hakimiyyətin bu siyasəti vəliəhd şahzadə Məhəmməd ibn Salmanın təsiri ilə əlaqədardır.
 
Camal
XƏBƏRLƏR
BLOGLAR