Dünya 18:23 18.03.2018

Səudiyyə şahzadəsi anasını ev dustağı etdi

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salman iki ildən çoxdur ki, anasına kral Salmanla görüşməyə imkan vermir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın "NBC Nyus" televiziyası yayıb. Televiziya şahzadənin öz atasına anasının xaricdə müalicə aldığı haqqında uydurma informasiyalar verdiyini bildirib.

Telekanalın məlumatına görə, kral Salman həyat yoldaşının yox olmasının arxasında vəliəhdin olduğunu bilmir.

"Vəliəhd anasının onu kral görmək istəmədiyini düşünür. Buna görə də anasının krala təsir edəcəyindən qorxur. Məhəmməd bin Salman buna görə qadını ölkədəki saraylardan birində ev dustağı edib".