Ölkə 12:05 16.09.2021

Səyavuş Aslanın oğlu ilə bağlı təlimat verildi (FOTO)

Sosial şəbəkələrdə və xəbər saytlarında mərhum aktyor, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı məlumat paylaşılır. Onun küçədə qalması, çətin həyat şəraiti ilə üzləşdiyi bildirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov məlumat verib.

O bildirib ki, Çingizin küçədə gecələməməsi, sığınacağa yenidən cəlbi üçün təlimat verilib:

"Məlumat vermək istəyirəm ki, Çingiz Aslanov daha əvvəl həssas əhali qruplarına aid şəxslər üçün olan sığınacaq və sosial reabilitasiya müəssisəsində olub. Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib. Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlbi üçün əməkdaşlarımıza təlimat verilib. Və artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşlarını əraziyə göndəriliblər. Çingiz Aslanovun özünün də razılığı olarsa yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq. Məlumat verən hər kəsə təşəkkür edirik!”.
 
Xəyal