Xəbər lenti

Sıfırdan başlayan dünyanın 5 ən varlı milyarderi
Ekonomiks 21:35 20.05.2018

Sıfırdan başlayan dünyanın 5 ən varlı milyarderi

İndi kimlərsə öz milyardlarını və ya milyonları ilə hərəkət edir. Ancaq bu hələ siz deyilsiz? Kiminsə çox gənc yaşlarında misal üçün 25 yaşında ən bahalı evdə yaşadığını və ya ən bahalı maşın sürdüyünü biləndə siz nə düşünürsüz? Varlı insanların bu yerə glib çıxdığı həyat müxtəlifdir.

Bir çoxlarımız düşünürük ki, hazırda varlı olan insanlar elə əvvəldən varlı olublar. Yqəin bir çoxlarınız deyəcəksizki hə varlı insanın pulu valideynlərindən qalıb.  Bunun nə dərəcədə düzgün olub olmadığını bilmək üçün Fins.az sıfırdan varlanmış dünyanın 5 ən varlı insanın necə qazandıqlarını təqdim edir.

İnditex şirkətinin keçmiş prezidenti Amansio Orteqanın hazırda 72.9 milyard dollar pulu var. O 2016-cı ildə Forbes jurnalına görə dünyanın ən varlı adamı adını alıb. Əgər İnditex adı sizə heçnə demirsə, o zaman qeyd edək ki, Amansio Orteqa ZARA brendinin yaradıcısıdır.

Amansio Orteqanın atası dəmiryolu vağzalında çalışıb anası isə qulluqçu olub. Orteqalar ailəsi o qədər kasıb olub ki, Amansio 13 yaşında məktəbi atmalı olub. Bundan sonra o köynək mağazalarının birində  kuryer işləyib. Görəsən o vaxt o düşünürdüki 2016-cı anın ən varlı insanı adını alacaq? Çətinki. Hazırda milyarder Florida da, Mayamidə, Londonda əmlak biznesinə sərmaye yatırmaqla yanaşı  bank və turizm sektorundan da gəlir əldə edir.



Sadəcə Mark yazacam artıq hamınız kimdən söhbət getdiyini anladız. Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq də dünyanın ən varlı insanları sırasındadır. Hazırda 32 yaşlı gəncin  var-dövləti 51.6 milyard dollar təşkil edir.  Zukerberqin atası stamatoloq  anası isə psixiatr olub. Markın 3 bacısı var. Hələ məktəbli olarkən Mark şəbəkə oyunu yaradır. Harvarda oxuyanda isə Facebooku yaradır , hansıki özü tamamlaya bilməsə də dostları Castin Moskoviç , Eduarda Saverin və digərləri bu işi başa çatdırmağa kömək olurlar.



Şeldon Aderson Forbes dərgisinə görə dünyanın 20 ən varlı insanlar siyahısına daxildir. Hələ 12 yaşında olanda qəzet satan Adersonun atası taksi sürücüsü olub. Şeldon Aderson boya başa çatdıqdan sonra bir müddət  adı məhkəmələrdə hallanan jurnalist kimi işləyib. Amma bu hələ son deyil, o bir müddət sonra isə tualet ləvazimatları sataraq pul qazanıb. Yəhudi ailəsində anadan olan bu gəncin həyatında olduqca çoxlu çətinliklər olub.  Qeyd edək ki, o dünyanın ən varlı yəhudisi hesab olunur. Hazırda onun 38 milyard dollar vəsaiti var. Əsas gəlirlərini isə əmlak , kazino, otel, restoran və eksposenterlərin tikintisindən əldə edir.



Li-Kaşin  Honkonqun və Asiyanın ən varlı adamlarından biridir. Bu Supermenin var-dövlətini Forbes hesabalayana  kimi onun pulu 25.5 milyrad dollardan 34 milyarda çatıb. Qeyd edək ki, yaxın dairədə 87 yaşlı milyarderi dostları Supermen adlandırır.

Cheung Kong Group və Hutchison Whampoenin rəhbəri olan bu şəxs 5-ci sinifə oxuyarkən qol saatları üçün qolbaq satmağa başlayır. Daha sonralar isə saat qolbağı hazırlayan fabrikə işə düzəlir. Gün ərzində 16 saat fabrikdə işləyən Li-Kaşin işdən sonra gecə məktəbində təhsil alır. Fabrikdə bir müddət çalışandan sonra isə gənc oğlan süni (plasmas)  güllərin satışına  başlayır və beləcə öz biznesini qurur.



Opra Uinfi kasıb ailədə anadan olub. Onun atası mədənçi anası isə qulluqçu olub. 6 yaşına qədər Opra nənəsi ilə ucqar kənddə yaşayıb. Müsahibələrin birində o etiraf edibki 9 yaşında olarkən zorlanıb. 14 yaşında isə ilk dəfə dünyaya uşaq gətirib lakin uşaq tələf olub. 17 yaşında olarkən Opra jurnalist ikimi işləməyə başlayır. 1986-cı ildə o özünün şou proqramını açır. 2011-ci ildə isə şəxsi  OWN adlı televiziyasını işə salır. Hazırda 62 yaşlı Opra Uinfinin  pulu 3.2 milyard dollardı. (biznesmen.az)
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->