Dünya 12:33 13.05.2019

Silahlı hücuma məruz qalan millət vəkili öldü

Argentinada 9 mayda Milli Konqresin yaxınlığında hücuma məruz qalan Radikal Milli Birlik Partiyasının millət vəkili Hektor Olivares həyatını itirib.

Qaynarinfo xəbər verir ki, Buenos Ayresdə yerləşən xəstəxanaya yatırılan 61 yaşlı Olivaresin daxili orqanları fəaliyyətini dayandırıb. 

Qeyd edək ki, hücumda iştirak edən şəxslər həbs edilib. Cinayət siyasi yox, şəxsi səbəblərdən törədilib.

Gülşən