Foto 10:45 09.09.2018

Şimali Koreya 70 illiyini hərbi paradla qeyd etdi (FOTO)

Yaranmasının 70-ci ilini qeyd edən Şimali Koreya hərbi parad keçirib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, paradda minlərlə hərbçi iştirak edib və çox sayda texnika nümayiş olunub. Diqqət çəkən məsələlərdən biri nümayişə çıxarılan hərbi texnikalar arasında qitələrarası ballistik raket sistemlərinin olmamasıdır. Şimali Koreya lideri Kim Çen Inın parad zamanı nitqlə çıxış edib-etməməsi qeyri-müəyyəndir.

Qeyd edək ki, iyun ayında ABŞ prezidenti Donald Trampla görüşən Kim Çen In nüvə silahlarından imtina barədə söz vermişdi.

Gülşən