Xəbər lenti

Dünya 18:19 05.09.2017

Şimali Koreya: "ABŞ-a daha çox hədiyyə paketimiz var"

Şimali Koreyanın BMT üzrə təmsilçisi Han Tae Song ABŞ barədə açıqlama verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Song "ABŞ provakasiya addımlarına və Şimali Koreyaya qarşı sanksiyalara etibar edirsə, ölkəmdən daha böyük hədiyyə paketi alacaq" deyib. BMT-nin Tərksilah Konfransında açıqlama verən Han Tae bildirib ki, Şimali Koreyanın addımları ABŞ xaricində heç bir ölkəyə qarşı deyil.

Qeyd edək ki, Şimali Koreya 2 gün əvvəl hidrogen bombasını sınaqdan keçirib. Ölkənin 6-cı nüvə sınağı olan bu hadisə ABŞ başda olmaqla bir çox ölkə və təşkilat tərəfindən narazılıqla qarşılanıb.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->