Dünya 10:37 29.03.2018

Şimali və Cənubi Koreya liderləri bu tarixdə görüşəcək

Şimali və Cənubi Koreya liderlərinin görüşü 27 aprel tarixində baş tutacaq.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Mun Çje İnlə Kim Çen İn arasındakı görüş iki ölkə sərhəddindəki Panmunjom kəndində keçiriləcək. Bu kənddə bir bina, hətta stol belə 2 ölkə arasında bölünüb. 

Qeyd edək ki, 2011-ci ildə hakimiyyətə gələn Kim Çen İn ötən günlərdə ilk səfərini Çinə gerçəkləşdirdi. May ayında isə Şimali Koreya lideri Kim Çen İn və ABŞ prezidenti Donald Tramp bir araya gələcək.

Gülşən