Siyasət 16:21 15.08.2020

Siyasi şərhçi: "Vətəndaşların orduya inamını sarsıtmaq istəyirlər"

"Azərbaycan Ordusunu bütün məqamlarda daxildən zəiflətmək üçün düşmən durmadan çalışır”.

Qaynarinfo-nun məlumatına görə, bunu siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət deyib. 

Onun sözlərinə görə, indiki vaxtda ordu rəhbərliyində olan şəxslərin gözdən salınması istiqamətində atılan addımlar ayrıca diqqət çəkir:
 


"Məqsəd ordu rəhbərliyi ilə ordunun şəxsi heyəti və xalq ilə dövlət arasında bağları qoparmaqdır. Vətəndaşların orduya inamını sarsıtmaq istəyirlər. Ona görə də düşmən daim belə şayiələr yayır, xüsusilə də ordunun rəhbər heyəti haqqında. Yalanlar uydurma məlumatlarla bizə zərbə endirməyə çalışırlar. Tənqidolunma yönlərini düşmənin arzu etdiyi vaxtda etməməliyik. Qüsur varsa, bununla bağlı xüsusi müvafiq orqanlar çalışmalıdır, onlara məlumat verilməlidir. Belə qarayaxma kampaniyaları aparmaq yolverilməzdir".

A. Həsrətin fikrincə, hərbçilərin general vəzifələrinə təyin olunması və çıxarılması haqqında hansısa əmrin verilməsi yalnız Ali Baş Komandana məxsusdur:
 
"Prezident İlham Əliyev bu şəxslərə güvənir, güvənirsə, təbii ki, bir bildiyi var. Bizim bilmədiyimiz çox şey var, bunu Ali Baş Komandan çox yaxşı bilir və müvafiq tədbir görür".