Ölkə 13:54 28.07.2021

SOCAR-ın idarə rəisi vəzifəsindən azad olundu (FOTO)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) kadr dəyişikliyi olub. 

Oxu.Az-ın məlumatına görə, SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev vəzifəsindən azad edilib. 

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumatı təsdiq edib.

O bildirib ki, V.Əliyev öz ərizəsi ilə vəzifəsindən azad olunub.