İdman 11:35 19.02.2014

Soçi-2014: Azərbaycanın daha bir təmsilçisi mübarizəyə başlayır

2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycanın daha bir təmsilçisi bu gün mübarizəyə qoşulacaq. 

Lent.az-ın məlumatına görə, kişi dağ xizəkçimiz Patrik Braxner nəhəng slalom üzrə yürüşlərdə qüvvəsini sınayacaq.

İlk yürüşə saat 11:00-da start veriləcək. 22 yaşlı idmançımız 109 iştirakçı arasında 59-cu sıra nömrəsi ilə çıxış edəcək. Birinci mərhələdə finişə çatmağı bacaranlar saat 14:30-da ikinci yürüşə qatılacaqlar. İki yürüşün cəmində daha yaxşı nəticə göstərən xizəkçi qalib elan olunacaq.

Qeyd edək ki, daha öncə fiqurlu konkisürənlər Yuliya Zlobina və Aleksey Sitnikovdan ibarət duetimiz 12-ci yeri tutub.

Qaynar.info