Dünya 16:28 15.09.2020

Soçi görüşü: Putin və Lukaşenko bir-birindən nə istəyəcək? - Politoloq

"Bu görüşdə hansısa inteqrasiya sazişləri imzalana bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Hikmət Hacızadə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putinlə görüşünü şərh edərkən deyib. Hikmət Hacızadənin fikrincə, görüşdə həmçinin Lukoşenko Putindən yardım diləyəcək:



"Həm maddi, həm də hərbi-polis yardımı. Putin də əvəzində Lukoşenkodan bu ölkələr arasında inteqrasiyanın daha sıx olmsını tələb edəcək. Bu inteqrasiya hansı həddə qədər tələb olunacaq, bunu əvvəldən demək çətindir. Amma Putin çalışacaq ki, həm Belarusu, həm Lukoşenkonu asılı vəziyyətə salsın”.

Politoloq hesab edir ki, iki ölkə prezidentlərinin arasında keçirilən görüşdə hansısa inteqrasiya sazişləri də imzalana bilər: "Ya da bu barədə razılığa gələ bilərlər”.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya rəsmi səfərdədir. Səfər çərçivəsində Lukaşenko Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşüb və danışıqlar təkbətək formatda aparılıb.

Bahar Rüstəmli