Ölkə 15:44 31.10.2020

Son 24 saatda daha 1095 nəfər virusa yoluxdu, 12 nəfər öldü

Azərbaycanda koronavirusa (COVID-19) 1095 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan Qaynarinfo-yaverilən məlumata görə, on iki nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 10996 nəfərdir.

Ölkədə son sutka ərzində 11441, hazırkı dövrədək isə 1352907 test aparılıb.

Ümumi ölənlərin sayı 730 nəfərdir.

Ümumi yoluxanların sayı 55269 nəfər, ümumi sağalanların sayı 43543 nəfərdir.