Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ayrı-ayrı ölkələrin vətəndaşları olan ümumilikdə 87 əcnəbi saxlanılıb.
DMX-dən Qaynarinfo-ya verilən məlumata görə, onlardan 78 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları, 7-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-nin isə Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 78-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
DMX qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.
Şərhlər