Ekonomiks 12:44 19.03.2019

Son iki ayda əhalinin gəliri 7 milyard manatdan çox olub

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,1 faiz artaraq 7 milyard 619,7 milyon manat təşkil edib.

Bu haqda Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər 772,2 manat olub.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 6 milyard 952,0 milyon manatlıq vəsait qalıb.