Ölkə 17:45 17.10.2020

Son sutkada koronavirusa yoluxan şagirdlərin sayı

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, 7 şagirdin hərarəti 6 dərəcədən yuxarı olub.

Daha 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı isə 7, məktəblərin sayı isə 2-dir.

İndiyə qədər ölkə üzrə 49 məktəb, 72 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.