Ölkə 15:09 03.11.2021

Son sutkada koronavirusa yoluxanların sayı artdı, 21 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2256 yeni yoluxma faktı qeydə alınıb, 2208 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.
 
Son sutkada koronavirus (COVID-19) əleyhinə 45561 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10418 nəfərdir.