Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 330 701 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 316 439 nəfər müalicə olunaraq sağalıb, 4 802 nəfər vəfat edib. 9 460 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 116, bu günə qədər isə ümumilikdə 3 404 046 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 35 914 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 727, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 187 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 834 657, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 042 781, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 791 876 təşkil edir.


X
XƏBƏRLƏR
BLOGLAR