Texnologiya 22:50 19.12.2018

Sosial şəbəkələrdə bu işi görənlər həbs olundu

Sosial şəbəkələrdə Fətullahçı terror təşkilatının (FETÖ) təbliğatı ilə məşğul olan 7109 nəfər saxlanılıb.

Qaynarinfo Türkiyə mediyasına stinadən xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik xidməti məlumat yayıb. 

Bildirilib ki, dövlət çevrilişinə cəhd hadisəsindən sonra indiyədək müxtəlif adlar altında Türkiyə əleyhinə terror çağırışları edən 7109 nəfərdən 2754-ü məhkəmənin qərarı ilə həbs olunub. 2828 nəfər isə şərti azadlığa buraxılıb.