Ukraynanın tanınmış şoumen Lvovun ruslaşmasından şikayətlənib.
Qaynarinfo KP-ru-ya istinadən xəbər verir ki, şoumen Orest Lyutını şəhərin küçələrində getdikcə ukraynca deyil, rusca danışmağa üstünlük verən insanların artmasından qəzəblənib. Şoumen bunu "şüurlu və ya şüursuz yarımçıqlıq kompleksi” adlandırıb.
"Məni təəccübləndirir ki, mağazalarda, kassada, xidmət sektorundakı insanlar nədənsə mənə rus dilində müraciət edirlər, üstəlik küçədə də bu dildə danışdıqlarını eşidirəm", - Orest Lyutı Ukraynanın NTA kanalına bildirib.
Şoumen bu fenomeni onunla izah edib ki, buna ölkədəki Rusiya mediasına olan həvəs təsir göstərir. Orest Lyutının sözlərinə görə, səlahiyyətlilər azad Ukraynada doğulmuş bir nəslin ukraynlaşması" fürsətini əldən veriblər.
Xatırladaq ki, bundan əvvəl KP-ru saytı bir ukrayn xanım yazıçının da taksi sürücüsü onunla rusca danışdığına görə qalmaqal yaratdığını yazmışdı.
Şərhlər