“SSRİ qanunsuz dövlət olub” fikrinə Kremldən münasibət

“SSRİ qanunsuz dövlət olub” fikrinə Kremldən münasibət

Kreml Rusiya Federasiyasının həm de-yure, həm də de-fakto SSRİ-nin varisi olduğunu hesab edir. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Konstitusiya Məhkəməsinin hakimi Aleksandr Aranovskinin Rusiya dövlətinin statusu ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Peskov bildirib ki, bu, Konstitusiya Məhkəməsi hakiminin şəxsi rəyidir, bu cür fikirlərin yayımlanması praktikası mövcuddur: "Biz bu məsələni şərh etmək istəmirik”.

Xatırladaq ki, bu gün Konstitusiya Məhkəməsinin hakimi Konstantin Aranovski SSRİ-ni "qanunsuz yaradılan bir dövlət" adlandıraraq Rusiya Federasiyasını SSRİ-nin "repressiya-terror aktlarının" varisi hesab etmədiyini deyib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR