Sağlamlıq 15:26 27.09.2021

ÜST COVID-19-un mənşəyi ilə bağlı istintaqı yenidən başladır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyi ilə bağlı araşdırmanı yenidən açmaq niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşrin xəbərinə görə, 20 alimdən ibarət yeni bir qrup,COVID-19-un laboratoriyada görünüb-görünmədiyini və gələcək risklərini araşdıracaq.

Araşdırmaya davam etmək qərarı ÜST-ün Vuhan missiyasında çinli alimlər tərəfindən verilən məlumatların qeyri-kafi olduğunu göstərdikdən sonra verilib. Bunun fonunda ABŞ səlahiyyətliləri ÜST-ü istintaqı yenidən başlamağa çağırıb.

Öz növbəsində Pekin hesab edir ki, təşkilat virusun mənşəyi üçün ABŞ və İtaliya kimi digər ölkələri öyrənməlidir.

Xəyal Abdullayev