Sağlamlıq 21:08 08.03.2020

ÜST koronavirusla mübarizə üçün Azərbaycana eskpertlər göndərir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan, Ukrayna və Çernoqoriyaya koronavirusun yayılması ilə mübarizə aparmaq üçün ekspertlər göndərmək qərarına gəlib.

Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, Bu barədə ÜST-ün Avropa Regional Bürosunun mətbuat xidməti məlumat yayıb.

"ÜST ARB COVID-19-a hazırlığın və reaksiyanın təmin olunması tədbirləri çərçivəsində yaxın günlərdə Azərbaycan, Ukrayna və Çernoqoriyaya üç missiya yönləndirir”, -məlumatda deyilir.