ÜST pandemiya ilə mübarizəyə neçə milyard dollar tələb olunduğunu elan etdi

ÜST pandemiya ilə mübarizəyə neçə milyard dollar tələb olunduğunu elan etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus G20-lərin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri ilə görüşündə koronavirus testlərinin, həmçinin peyvəndlərin, müalicə və fərdi qoruyucu vasitələrin istifadəsinin genişləndirilməsi üçün 20-25 milyard ABŞ dolları sərmayə tələb olunduğunu söyləyib.

Qaynarinfo "Report”a istinadla xəbər verir ki, çıxışın mətni ÜST-ün Cenevrədəki mənzil-qərargahında yayımlanıb.

"Pandemiyaya hazırlıq və reaksiya üçün mövcud maliyyə arxitekturası qeyri-kafidir", - o deyib. ÜST rəhbəri hazırkı maliyyələşdirmənin həcmcə çox kiçik olduğunu, əldə etmək çətin olduğunu və çevik olmadığını söyləyib. Tedros Adanom Qebreyesus COVID-19 üçün diaqnostika və dərmanlara qlobal girişi təmin etmək üçün ACT-"Accelerator” beynəlxalq tərəfdaşlığının strateji planını və büdcəsini tam maliyyələşdirərək qlobal iqtisadi canlanmaya yenidən başlamağa çağırıb.

"Koronavirus testi, müalicə, fərdi qoruyucu vasitələrinə və peyvəndlərə çıxışın genişləndirilməsi və ÜST-ün ilin sonuna qədər bütün ölkələrin əhalisinin 40%-ni, gələn ilin ortalarına qədər 70%-i vaksinasiya etməsini dəstəkləmək üçün 20-25 milyard ABŞ dolları sərmayə lazımdır", - Qebreyesus vurğulayıb.
XƏBƏRLƏR
BLOGLAR
X