Dünya 09:51 04.08.2020

ÜST sədrindən xəbərdarlıq: “COVİD-19-dan əbədi qurtuluş yoxdur”

"Bu anda "gümüş güllə" yoxdur və bəlkə də heç olmayacaq".

Qaynarinfo xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adan Gebreyesus koronavirusu məhv edə biləcək bir dərman olmadığından danışarkən deyib. 

Bu barədə o, BMT-nin Cenevrədəki (İsveçrə) baş qərargahında virtual brifinq zamanı danışıb. Onun fikrincə, effektiv dərmana böyük ümidlərə baxmayaraq, koronavirusdan əbədi olaraq qurtarmaq mümkün deyil.

Gebreyesus hazırda bir neçə koronavirus peyvəndinin üçüncü mərhələdə sınaqdan keçirildiyini deyib. ÜST rəhbəri bütün ölkələri səhiyyə sahəsindəki qaydalara ciddi riayət etməyə, vətəndaşları - Gebreiseusa görə, bütün dünyada həmrəylik rəmzinə çevrilməli olan maskalar taxmağa çağırıb.

Alpər