Dünya 13:29 26.03.2018

Stormi Daniels: "Trampa görə təhdid edilmişəm"

Porno aktrisa Stormi Daniels ABŞ prezidenti Donald Trampla yaşadığı münasibət barədə CBS kanalına danışıb.

Qaynarinfo xəbər verir ki, əsl adı Stefani Klifford olan aktrisa 2006-cı ildə baş vermiş yaxınlığın detalları barədə danışıb və buna görə təhdid edildiyini vurğulayıb. 2011-ci ildə Daniels qızı ilə olan zaman avto dayanacaqda bir nəfər ona yaxınlaşıb, "Trampdan əl çək" deyərək porno aktrisanın qızına dönüb və "Anasına nəsə olsa, heç yaxşı olmaz" cümləsini qurub.

ABŞ prezidenti Danielslə olan əlaqəni qəti şəkildə rədd edir. 

Qeyd edək ki, Trampın Danielslə münasibət barədə mediada danışmamaq üçün müqavilə imzaladığı və 150 min dollar ödədiyi iddialar arasındadır. Prezident bu müqavilənin şərtlərini pozduğuna görə porno aktrisanı məhkəməyə verib və 20 milyon dollar tələb edir.

Gülşən