Şükran Günündən sonra dollar ucuzlaşmağa başladı

Şükran Günündən sonra dollar ucuzlaşmağa başladı

ABŞ-da dünənki Şükran Günündən sonra keçirilən hərraclarda dollar başlıca valyutalara qarşı ucuzlaşıb.

Qaynarinfo xəbər verir ki, Bakı vaxtı ilə saat 19:18-də avronun ABŞ dollarına qarşı məzənnəsi 1,1913-dən 1,194-dək artıb.

Eyni zamanda ABŞ dolları yenə qarşı 104,25 JPY/USD-dən 104,04 JPN/USD-dək zəifləyib. Bütövlükdə ABŞ dollarının altı başlıca pul vahidinə qarşı məzənnəsini əks etdirən indeksi 0,11 faiz azalaraq 91,89 bənd təşkil edir.

Qeyd edək ki, avronun güclənməsinə təsir edən mühüm amil Fransada ÜDM-in ilin əvvəlindən 3,9 faiz azalsa da, üçüncü rübdə 18,7 faiz artması barəsdə xəbərlər oldu. Bütövlükdə ABŞ fond bazarlarında 0,2-0,9 faizlik artım qeydə alınıb. Yüksək texnologiya şirkətlərinin vəziyyətini əks etdirən "Nasdaq” indeksi də bu həftə ikinci dəfədir tarixi maksimumunu yeniləyib.

"Fond bazarında bir sıra indekslərin tarixi maksimumadək artması ABŞ dolları üzərində təzyiqə gətirib çıxarıb”, - deyə "Rabobank”ın eksperti Ceyn Fouli "Reuters”ə bildirib. Belə ki, ənənəvi olaraq daha etibarlı aktiv hesab edilən ABŞ dollarına tələbat risqə meylin artması ilə azalmağa başlayır. (Report)
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR