Fransanın Nitsa məhkəməsi milyarder Süleyman Kərimovu azadlığa buraxıb.
Qaynarinfo xəbər verir ki, ləzgi iş adamı 5 milyon avro girov qarşılığında azadlığa çıxıb.
Kərimov azadlığa çıxsa da, istintaq müddətində Fransanı tərk edə bilməyəcək və hər həftə polisə məlumat verəcək. Milyarderə həmçinin adı hələlik açıqlanmayan şəxslərlə əlaqəsi tam qadağan edilib.
Qeyd edək ki, Dağıstandan olan milyarder Fransada vergidən yayınmaqda ittiham olunur.
Şərhlər