Dünən Bakının Sulutəpə qəsəbəsində 15-ə yaxın ev sökülüb.
«Bizim Yol» qəzetinin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, söküntü yerli sakinlərə qarşı zorakılıqla müşayiət olunub.
Azadliq.org xəbər verir ki, «Bir müddət əvvəl yeni tikililər və yaşayış olmayan yerlər uçurdulurdusa, bu dəfə, 2012-ci ilin əvvəllərində olduğu kimi, çoxdan tikilmiş, içində yaşayış olan evlər sökülüb. Hətta bəzi evlər əşyaları çıxarılmadan uçurdulub. Kəlbəcər rayonundan məcburi köçkün olan Əliyevlər ailəsi 4 azyaşlı uşaqla çöldə qalıb… İnşa edilməkdə olan villalara əl vurulmayıb», - «Bizim Yol» qəzeti yazır.
Şərhlər