Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi Sumqayıt Dövlət Dram Teatrında qeyd olunacaq.
Teatrın direktor müavini, Əməkdar artist Vidadi Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, kollektiv yubilyarın dövlət sifarişi əsasında qələmə aldığı "Sürgün sevgi" əsəri əsasında eyniadlı iki hissəli tamaşa üzərində işləyir:
"Hazırda tamaşa üzərində məşqlər gedir. Məşqlərdə Sabir bəyin özü də iştirak edir. Bu gün son məşqimiz olacaq. Teatr kollektivi yay istirahətinə yollanır. Qayıtdıqdan sonra məşqlər yenidən davam etdiriləcək. Çalışırıq ki, tamaşa yüksək səviyyədə alınsın".
Tamaşanın bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ağalar İdrisoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rəssamı Osman Salmanov, tərtibatçı rəssamı Nizami Dadaşev, plastik hərəkətlər və rəqslər üzrə quruluşçu Kamil Ağazadə, videoqrafı isə Rais Bəhramidir.
Tamaşada Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Rauf Ağakişiyev, Xatirə Süleymanova, Cəlal Məmmədov, Elmira Kərimova, Fəranə Musayeva, İlahə Səfərova, Vidadi Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar Vəfa Qurbanova, Rövşən Əsgərov, Elay Xasıyev, Məryəm Hüseynli, Əjdər Zeynalov, Habil Xanlarov, Mətanət Əmrullayeva, Yeganə Məmmədvəliyeva, Emil Həmidov, Günəş Bağırova, Cavanşir Eyyubzadə, Şəms Abdullayeva, Elmir Mehdiyev, Mətləb Səfərli, İlham Səfərli, Dağlar Rüstəmov, Şəhla Məmmədova, Akif Mirzəyev, Rövşad İlyasov, Siyavuş Mahmudov və Kamran Muradlı müxtəlif obrazları canlandırırlar.
Vidadi Məmmədov bildirib ki, "Sürgün sevgi" tamaşası növbəti teatr mövsümündə teatrsevərlərə təqdim olunacaq.
Bahar Rüstəmli
Şərhlər