Sumqayıtda kafe sahibi həbs edildi, 11 müştəri cərimələndi

Sumqayıtda kafe sahibi həbs edildi, 11 müştəri cərimələndi

Sumqayıt şəhərində sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, idarənin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 45-ci məhəllədə "Tac” kafesinin icarədarı Elvin Arif oğlu Hüseynov və 11 müştəri inzibati məsuliyyətə cəlb olunub. Ümumilikdə 12 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 25 sutka həbs edilib, digərləri cərimə olunublar.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR