Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında abadlıq və quruculuq işlərinə başlanılıb.
Qaynarinfo xəbər verir ki, Şəhidlər Xiyabanı demək olar yenidən qurulur.
Qeyd edək ki, Sumqayıtın Şəhidlər Xiyabanı 1992-ci ildə salınıb. Xiyabanda dəfn olunan ilk şəhid Qəhrəmanov Sadiq Rəhma oğludur. O, 1992-ci il fevralın 4-də dəfn edilib.
1992-ci ildən bu yana Şəhidlər Xiyabanında bir neçə dəfə abadlıq və quruculuq işləri aparılıb. Bununla belə, şəhər sakinləri görülən işlərdən o qədər də razı qalmayıb.
Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin olunandan sonra isə Şəhidlər Xiyabanına diqqət artıb. Xiyabanda vaxtaşırı quruculuq işləri görülüb. 44 günlük müharibədən sonra şəhər rəhbərliyi yenidən Şəhidlər Xiyabanında abadlıq işləri aparmağa qərar verib.
Qaynarinfo-nun əməkdaşı Şəhidlər Xiyabanında olaraq görülən işlərlə tanış olub.
Abadlıq və quruculuq işlərində əsas diqqət insanların rahat şəkildə Şəhidlər Xiyabanını daha rahat şəkildə ziyarət etməsi üçün şərait yaradılmasına yönəldilib. Bu məqsədlə Xiyabana müxtəlif istiqamətlərdən yol çəkilib.
Bundan başqa, Şəhidlər Xiyabanında ibadət evi inşa edilib. İbadət evi bütün inanclı insanların üzünə açıq olacaq. Yəni, istənilən inanclı insan həmin yerdə ibadət edə bilər.
Şəhidlər Xiyabanı dəniz kənarında, bir qədər hündürlükdə yerləşdiyi və sürüşmə təhlükəsi olduğu üçün yeni istinad divarları inşa edilib.
Xiyabanın müəyyən hissələrinə qazon əkilib. Ərazisi bütövlükdə yenidən təmir olunub. İllər əvvəl yerə döşənən metlax və tamet daşları yeniləriilə əvəz edilib.
Şəhidlər Xiyabanın girişində də əsaslı təmir işləri aparılır. Ərazidə olarkən məlum oldu ki, girişdə ayrıca bayraq meydanı salınacaq.
Abadlıq və quruculuq işləri yaxın vaxtlarda başa çatacaq.
Şəhidlər Xiyabanından çəkdiyimiz fotoları təqdim edirik:
Şərhlər