Suriyanın xəritəsi dəyişdi

Suriyanın xəritəsi dəyişdi

Suriya höküməti illərdir İŞİD işğalında olan Deyr əz Zor bölgəsinə çatıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, son bir ildə Əl Bab, Mosul, Tel Əfar bölgələrini itirən İŞİD Rakkada çətin vəziyyətdədir və hətta Deyr əz Zor bölgəsində də məğlub olmaq üzrədir. Rusiya hərbi təyyarələrinin bölgənin ətrafındakı İŞİD konvoylarını vurması barədə xəbər və görüntüləri yayıb.

3 ildir işğalda olan Deyr əz Zorda minlərlə mülki əhalinin yaşadığı ehtimal edilir. Suriya hakimiyyəti ilk dəfədir sərhəddə idarəni tamamilə ələ keçirib. 

Qeyd edək ki, bir neçə gün əvvəl BMT-nin xüsusi təmsilçisi Staffan de Mistura İŞİD-in oktyabrın axırına qədər məğlub olacağını açıqlamışdı.

Gülşən

Qaynarinfo.Az 

XƏBƏRLƏR
BLOGLAR