"Atlant” Ailəvi İstirahət Mərkəzi hərraca çıxarıla bilər.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi, iş adamı Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyevin cinayət işi çətçivəsində sözügedən obyektin üzərinə həbs qoyulub.
Məlumatda bildirilir ki, Nofəl Hacıyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ötən məhkəmə prosesində zərərçəkmişlər "Atlant” Ailəvi İstirahət Mərkəzinin hərraca çıxarılaraq onlara dəymiş ziyanın ödənilməsini tələb ediblər.
Zərərçəmişlər iddia edib ki, Nofəl Hacıyevin onlardan aldığı pullar "Atlant” Ailəvi İstirahət Mərkəzinin tikintisinə xərclənib.
Bundan başqa, zərərçəkmişlər cinayət işində əsas fiqurant kimi Tahir Qədşovu görürlər. Ona görə də iş adamının da məhkəmə istintaqına cəlb edilməsini istəyirlər.
Tahir Qədəşovun kürəkəni 171 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilir. Zərəçəkmişlərə dəymiş ziyanın məbləği 14 milyon manatdan çoxdur.
Nofəl Hacıyev onlardan pulu "Təbriz” Mənzil Tikinti Kooperativi (MTK) üzərindən yaşayış binası inşa etmək adı ilə alıb. Lakin mənzillər onlara təqdim edilməyib.
Seyid
Şərhlər