Foto 12:41 18.05.2020

Tailand kralının hərəmləri ilə birgə karantinə çəkildiyi lüks hoteldən FOTOLAR


Ölkəsində koronavirus pandemiyası hökm sürdüyü bir vaxtda 20 hərəmi ilə birgə Alp dağlarındakı Grand Hotel Sonnenbiçldə özünü karantin altına alan Tailand kralı Maha Vaçiralonqkornun (tam titulu: Somdet Pxra Boromma Orasatxirat Çao Fan MahaVaçıralonqkorn Sayam Makutraçakuman) qaldığı lüks hoteldən görüntüləri yayılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 67 yaşlı kral apreldə qısa müddətliyinə ölkəsinə getdiyi və daha sonra yenidən otelə qayıtdığı məlum idi.

Qeyd edək ki, Almaniyanın bütün əyləncə məkanları bağlı olarkən, Grand Hotel Sonnenbiçlın bu qadağalardan kənar qalması müzakirələrə səbəb olmuş və müəssisənin hotel statusunda çalışmadığı açıqlanmışdı.

Tailand kralının Almaniya qalmaqalları bununla da bitmir. Onun karantin qaydalarını pozaraq son 10 gün ərzində Drezden, Leyptsiq və Hannover şəhərlərinə səfər etdiyi ortaya çıxıb.

Xatırladaq ki, ötən həftə Bild qəzetinin müxbiri Maks Boddekar televiziyada kral barədə əldə etdiyi məlumatları bölüşüb. O, bildirib ki, kral cariyələrini hərbi intizamla təşkilatlandırıb və onlara "SAS" deyir. Hərəməki cariyələr S001-dən S020-yə kimi nömrələnib. 

Şəxsi sərvətinin 30 milyard dollar olduğu ehtimal edilən və vaxtının çoxunu Almaniyada keçirən kralın burada 12 milyon dollarlıq lüks malikanəsi də var. Kral daha əvvəl dördüncü həyat yoldaşının da iştirak etdiyi mərasimlə cariyəsini baş məşuqə elan etmişdi.

Cariyələrinə hərbi rütbələr verməyi sevən monarxın onlara Xüsusi Təyinatlı Hava Qüvvələri adını verməsi də iddialar arasındadır.
 
Camal