Xəbər lenti

Dünya 19:35 19.09.2021

""Taliban" qızların məktəbə getməsinin əleyhinə deyil" - Zabiulla Mücahid

"Təhsil sahəsində təhlükəsiz mühitin yaradılması üçün xüsusi komitə təsis ediləcək".

Qaynarinfo xəbər verir ki, bunu "Taliban"ın sözcüsü Zabiulla Mücahid deyib.

Onun sözlərinə görə, qızlar və qadınlar üçün bütün sahələrdə təhlükəsiz mühit yaradılıb:

""Taliban" Hərəkatı qızların məktəbə getməsinin əleyhinə deyil, lakin bunun üçün təhlükəsiz mühit və təhlükəsiz nəqliyyat təmin olunmalıdır. Hazırda universitetlərdə qızlar təhsil alır, nəqliyyat təhlükəsizlikləri təmin olunub. Qızlar və qadınlar üçün bütün sahələrdə, o cümlədən təhsil sahəsində təhlükəsiz mühitin yaradılması üçün xüsusi komitə təsis ediləcək".

Xəyal Abdullayev

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->