Dünya 11:19 22.06.2021

“Taliban” yavaş-yavaş Əfqanıstanı ələ keçirməyə davam edir

"Taliban” yaraqlıları Əfqanıstanı ələ keçirməyə davam edir. 21 iyun həftəsonunda onların hədəfi ölkənin şimalı idi. Beləliklə, Kunduz vilayətinin bir sıra bölgələri Talibanın əlinə keçib və eyni adlı şəhər yaraqlılar tərəfindən mühasirəyə alınıb. "Taliban” Tacikistanla sərhədin bir hissəsini də ələ keçirib.

Qaynarinfo xəbər verir ki, hərəkatın səhra komandirləri Əfqan təhlükəsizlik işçilərini silahlarını yerə qoymağa çağırır və əsirlərə yaxşı münasibət göstəriləcəyini vəd edir. Bəzi hallarda, onlar "Taliban” hərəkatını dəstəkləməyi təklif edirlər. Bu tövsiyələrə əməl edənlər, texnika və silahlarla birlikdə təslim olurlar. Yüksək rütbəli polis məmurlarından birinin dediyinə görə, kütləvi təslim adi zabitlərin yaşayış səviyyəsinin aşağı olması ilə əlaqədardır.

Bununla birlikdə, Əfqanıstan hakimiyyəti Talibana müqavimət göstərməyə davam edir. Ölkənin hər yerində keçirilmiş xüsusi əməliyyat zamanı təhlükəsizlik qüvvələrini silahlılara təslim olmağa çağıran onlarla qəbilə lideri nəzarətə alınıb. "Voennıy Obozrevatel” Telegram kanalı yazır ki, onlardan bəziləri özlərini müdafiə etmək üçün "Taliban”ın təhdidi üzündən belə açıqlamalar verdiklərini bildiriblər.
 
Alpər