Xəbər lenti

Tanınmış azərbaycanlı aparıcı yanan binanın içində olub
Maqazin 16:47 20.01.2018

Tanınmış azərbaycanlı aparıcı yanan binanın içində olub

Bu gün Səbail rayonunda yerləşən binada baş verən yanğın zamanı tanınmış aparıcı Nurlana Cəfərova da içəridə olub. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə yazıb:

"Yaşadığımız binada səhər 8-dən yanğın başladı. İnsanlar iri maşınların, polislərin səsinə oyanıb, pəncərədən böyük alovu və tüstünü görüb, bayıra qaçırdı. Hər kəsdən evi tərk etmələri xahiş olundu. Yanğınsöndürən maşınlar gəlib yerləşənədək, kranlar qurulanadək, alov daha da böyük vüsət alırdı. Əsən külək yanğına daha da güc verirdi. Bir sözlə, situasiya yaxşı deyildi. Biz bir neçə saatlıq belə bir kiçik fövqəladə hadisə yaşadıq. Bəs 90-cı ilin 20 yanvarında görəsən hansı hissləri yaşayırdı o çarəsiz, zavallı millətim? Unutmadıq!”

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->