Tanınmış ginekoloqdan şikayət edildi, 17 min manat tələb olunur

Tanınmış ginekoloqdan şikayət edildi, 17 min manat tələb olunur

Tanınmış mama-ginekoloq Aytən Səfərova ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, şikayətçi vətəndaş D.M. və onun həyat yoldaşı Ə.E.-dir.

Şikayətçilər iddia edir ki, A.Səfərovanın səhlənkarlığı ucbatından döl tələf olub. Buna görə də ər-arvad hüquq-mühafizə orqanlarına şikayət edərək həkimə verdikləri 17 min manat pulu geri tələb edirlər.

A.Səfərovanın nümayəndəsi, vəkil İntiqam Hacıyev "Report” bildirib ki, vətəndaşların şikayəti əsassızdır:

"Həmin vətəndaş süni mayalanma ilə bağlı Aytən Səfərovaya müraciət edib və süni mayalanma da uğurlu olub. Lakin qadın doğuşu başqa xəstəxanada edib və orada da uşaq tələf olub. Bizə də bu barədə hüquq-mühafizə orqanlarından heç nə deyilməyib”.

Qeyd edək ki, A.Səfərova 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2011-ci ildən Baku Medical Plazada Qadın xəstəlikləri (Ginekologiya) və Doğum şöbəsinin müdiri kimi çalışır.
X
XƏBƏRLƏR
BLOGLAR