"ATV xəbər”in aparıcısı Ceyhun Səfərov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyində mətbuat xidmətinə təyinat alacaq.
Şirkətdən əldə etdiyimiz məlumata görə, onun yaxın günlərdə vəzifəsinin icrasına başlaması gözlənilir: "Aparıcının SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinə mətbuat xidmətinin rəhbəri təyin edilməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. SOCAR-ın mətbuat xidmətində hər hansı dəyişiklik nəzərdə tutulmur. Ceyhun Səfərov "Azəriqaz"ın mətbuat xidmətinə təyin olunacaq".
Qeyd edək ki, C.Səfərov 2003-cü ildən ATV kanalında çalışıb.
Şərhlər