Fatih Terimin "Qalatasaray"dan getməsindən sonra klub rəhbərliyi bir çox tanınmış məşqçi ilə danışıqlara başlayıb.
Qaynar.info xəbər verir ki, Terimin gedəcəyi qətiləşdikdən az sonra rəhbərlik hollandiyalı baş məqçi Bert Van Marviklə görüşüb.
"Qalatasaray" klubunun rəsmilərindən olan Bülənt Tulun holland mütəxəssisə zəng edərək görüş istəyib. Ancaq məşhur baş məşqçi türklərin təklifini rədd edərək, "Təklifiniz üçün təşəkkür edirəm, ancaq mən "Hamburq"la razılığa gəldim və 1-2 gün ərzində rəsmi açıqlama verəcəklər" deyib.
Qeyd edək ki, Marviklə bərabər "Qalatasaray" klubu başqa bir holland mütəxəssis - Dik Advokatla danışıqlara başlamışdı.
Qaynar.info
Şərhlər