Ölkə 15:32 20.08.2019

Tanınmış rejissor qəzaya düşdü (FOTO)

Tanınmış rejissor Nail Naiboğlu avtomobili ilə qəzaya düşüb.

Qaynarinfo BAKU.WS-ə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı Naiboğlunun 99 NN 075 dövlət qeydiyyat nişanlı "Çanqan” markalı avtomobilinin ön hissəsi ciddi xəsarət alıb.

Rejissor qəzadan xəsarətsiz çıxıb.

N.Naiboğlu "Keçmiş olsun" yazaraq avtomobilin son halını sosial media hesabında paylaşıb. Daha sonra isə bu paylaşımı silib.