Dünya 11:25 23.09.2018

Tanzaniyada gəmi qəzasında ölü sayı 200-ü keçdi

Ötən gün Tanzaniyada Viktoriya gölündə gəminin batması nəticəsində ölənlərin sayı artmağa davam edir.

Qaynarinfo xəbər verir ki, daha 69 nəfərin meyiti sudan çıxarılıb və ölənlərin sayı 209 nəfərə çatıb. 

Qeyd edək ki, gəmidə 400-ə yaxın insanların olduğu təxmin edilir.