TASS: Türkiyə S-400-ləri ABŞ qırıcıları ilə sınaqdan keçirdi

TASS: Türkiyə S-400-ləri ABŞ qırıcıları ilə sınaqdan keçirdi

Türkiyə Rusiyadan aldığı S-400 zenit raket komplekslərini ABŞ istehsalı olan F-16 qırıcıları ilə sınaqdan çıxarıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın TASS informasiya agentliyi məlumat yayıb. Məlumatda bildirilib ki, sınaqlar ötən ilin noyabrında gerçəkləşdirilib.

"Fighter Jets World" portalı isə TRT tərəfindən çəkilmiş bəzi görüntülərlə birlikdə oxşar məlumat paylaşıb.

Görüntü və sınaq iddiaları ilə bağlı adı açıqlanmayan bir mənbənin TASS-a məlumatı təsdiqlədiyi qeyd olunub.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR