Dünya 10:02 11.05.2021

Tbilisidə atışma: Yaralananlar var

Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yerləşən Diğomi kəndində silahlı insident baş verib.

Qaynarinfo xəbər verir ki, atışma zamanı 4 nəfər yaralanıb.

Həmin şəxslər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunublar.

Qanlı qarşudurma keçmişdə baş vermiş mübahisə ilə əlaqələndirilir.

İnsidentlə bağlı istintaqa başlanılıb.